19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar aqrar sahədə tətbiq olunan dəstək mexanizmləri haqda məlumatlandırılır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçiriləcək növbəti onlayn maarifləndirmə tədbiri aqrar sahədə tətbiq olunacaq yeni subsidiya qaydalarına və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara dövlət dəstəyi mexanizmlərinə həsr ediləcək. KOBİA-dan bildirilib ki, noyabrın 6-da saat 11:00-da təşkil olunacaq onlayn tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri müvafiq mövzularda məlumatlandırılacaq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq. Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür.

Agentliyin ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bir sıra dövlət dəstəyi mexanizmləri - kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, aqrar məhsulların istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi və sair tətbiq olunur. 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?