19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərinin elektron qeydiyyatının ümumi qeydiyyatda xüsusi çəkisi 80 faizə çatıb

"Son illər görülmüş işlər nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin elektron qeydiyyatının ümumi qeydiyyatda xüsusi çəkisi 80 faizə çatıb". Bu haqda fikirləri Bakıda keçirilən "Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsi sahəsinə təsiri" mövzusunda forumda ("RiskTech") Vergilər Nazirliyinin nümayəndəsi Lalə Hüseynova deyib. Onun sözlərinə görə, buna səbəb hüquqi şəxslərin elektron qeydiyyatına lazım olan müddətin minimum həddə endirilməsidir: "Əvvəllər elektron qeydiyyat üçün 1 gün və 90 manat vəsait tələb olunurdusa, bu gün həmin müddət dəqiqələrə, məbləğ isə 0-a endirilib. Son nəticədə Dünya Bankının "Doing Business" hesabatında "Biznesə başlama" indikatoru üzrə Azərbaycan 190 ölkə arasında 9-cu yerdə qərarlaşıb".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda elektron qeydiyyat FİN kod və mobil nömrə əsasında həyata keçirilir: "Bu isə prosedurların asanlaşmasıdır. Elektron qeydiyyat zamanı şəhadətnamə notariuslar, "ASAN Xidmət" və digər orqanlara avtomatik şəkildə onlayn göndərilir".

Xatırladaq ki, "Report" İnformasiya Agentliyinin media tərəfdaşı olduğu "RiskTech" forumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "PAŞA Bank" ASC-nin sponsorluğu, "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası"nın (ARPA) təşkilatçılığı ilə keçirilir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?