15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı sahəsində Azərbaycanın müstəqillik tarixində daha bir rekord nəticə gözlənilir

Kənd Təsərrüfatı Nazirliyi bu il Azərbaycanın müstəqillik tarixində rekord həcmdə pambıq yığımı gözləyir. Nazirliyin məlumatına görə, 2019-cu ildə ölkənin 20 rayonunda 100.111 hektar sahədə pambıq əkini həyata keçirilib. Ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32.401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib. Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9 faiz artaraq 25,5 sentnerə çatıb. Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib.

Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır.

Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13.741 ha), Ağcabədi (10.452 ha), Biləsuvar (10.257 ha), Bərdə (10.140 ha) və Beyləqan (9.706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144.185 tonu bu rayonların payına düşür.

Xatırladaq ki, respublika üzrə pambıq yığımı davam edir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?