27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sığorta bazarı genişlənir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 522,5 milyon manat sığorta haqqı toplayıb, 201,7 milyon manat sığorta ödənişi həyata keçirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, könüllü sığorta bazarı üzrə haqlar 351,7 milyon manat, ödənişlər isə 143,4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170,7 milyon manat, ödənişlər isə 58,3 milyon manat olub. 2019-cu ilin yanvar-sentyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67,3 faizi könüllü, 32,7 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1 faizi könüllü, 28,9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2 faiz və yaxud 3,7 milyon manat, icbari növlərində isə 7 faiz və yaxud 9,1 milyon manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki , keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və yaxud 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26 faiz və yaxud 5,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 29 faiz və yaxud 1,7 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası 6 faiz və yaxud 0,6 milyon manat) artım qeydə alınıb.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz və yaxud 17,1 milyon manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5 faiz və yaxud 3,6 milyon manat artım), daşınmaz əmlakın icbari sığortası (21 faiz və yaxud 4,9 milyon manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9 faiz və yaxud 1,1 milyon manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29 faiz (8,1 milyon manat) artım olub.

Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,6 milyon manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 milyon manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?