17 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq qurumların hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilir

Dünya Bankı tərəfindən dünya ölkələrinin iqtisadiyyat, xüsusilə də biznes və investisiya mühitlərinin hərtərəfli analiz olunduğu "Doing Business 2020" hesabatında Azərbaycan kredit alınması indikatoruna görə ən yüksək nəticə ilə 190 ölkə arasında 1-ci yeri tutub. Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayevin sözlərinə görə, bu göstərici üzrə keçən il 22-ci pillədə qərarlaşan Azərbaycan həyata keçirilən islahatlar nəticəsində liderliyə yüksəlib: "Doing Business" hesabatının kredit əlçatanlığı indikatoru iki əsas istiqamət - hüquqi norma indeksi və kredit məlumatlarının dərinliyi indeksi üzrə qiymətləndirilir. Birinci indeks üzrə ölkədə təminatlı ailələr sisteminin qanunvericilikdə təkmilləşdirilməsinə və girov reyestrinin mövcudluğuna baxılır. Bildiyiniz kimi, Azərbaycanda "Daşınar əmlakın yüklülüyü haqqında" Qanun qəbul edilib və 2018-ci ildən Maliyyə Bazarlarına Nəzarət Palatasında Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yaradılıb. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi hüquqi norma indeksi üzrə öz mövqelərimizi möhkəmləndirə bilməyimizə imkan verir".

Tural Feyzullayev qeyd edib ki, kredit məlumatlarının dərinliyi indeksi üzrə ölkədə kredit bürosunun və mərkəzləşdirilmiş kredit reyestrinin olmasına diqqət yetirilir: "Azərbaycanda ilk özəl kredit bürosu təsis edilib. Mərkəzləşdirilmiş kredit reyestrində məlumatlar sadəcə banklar və bank olmayan kredit təşkilatlarından toplandığı halda, kredit bürolarında həm kredit təşkilatlarından, həm də kommunal xidmət göstərən təşkilatlardan, mobil operatorlardan, nisyə alğı-satqı həyata keçirən digər təşkilatlardan da məlumatlar əldə edilir. Azərbaycanın "Doing Business" hesabatında kredit əlçatanlığına görə birinci yeri tutması onu göstərir ki, ölkədə kredit əldə edilməsi üçün daha yaxşı imkan yaradılıb".

Bununla yanaşı, biznesə başlamaq göstəricisi üzrə ölkəmiz keçənilki mövqeyini təkrarlayaraq 9-cu yerdə qərarlaşıb, müqavilələrin icrası indikatoru üzrə isə 40-cı yerdən 28-ci yerə irəliləyib.

Hesabatın nəticələrinə əsasən ölkələrin ümumi dəyərləndirilməsində Azərbaycan 190 ölkə arasında 34-cü yerdədir. Kredit əlçatanlığı, əmlakın qeydiyyatı, investorların hüquqlarının qorunması və investisiya münasibətlərində müqavilələrin rəhbər tutulması və digər istiqamətlərdə aparılmış təkmilləşdirmələr nəticəsində ötən ildə olduğu kimi bu il də Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

Səbuhi TURAN

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri