25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili qaydaları dəyişdirilib

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi"ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, kapital bazarının inkişaf etdirilməsi, repo bazarının canlandırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası (BFB) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) nümayəndələrinin təklifləri əsasında "Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları"na dair dəyişikliklər təsdiq edilib.

BFB-dən bildirilib ki, dəyişikliklər kapital bazarının inkişaf etdirilməsi, repo bazarı və marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması ilə bağlı məsələləri ehtiva edir. Qaydalarda qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla aşağıdakı vacib dəyişikliklər öz əksini tapıb.

Repo bazarının stimullaşdırılması üçün dəyişikliklər: Repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilib. Beynəlxalq təcrübəyə uyğun olaraq, BFB-nin əsas və standart bazar seqmentində listinqə daxil olan bütün korporativ qiymətli kağızlar repo predmeti ola bilər. Habelə yüksək reytinqli (ən azı “B-”) və birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları da repo predmeti ola bilər.

Beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq reponun bağlanma tarixinin reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi və ya geri satınalınmasının başlanması tarixindən ən azı 5 gün əvvəl olması tələbi çıxarılıb. Bu repo əməliyyatlarının daha uzun müddətə bağlanmasına imkan verəcək və repo ilə maliyyələşməni təmin edəcək.
Repo predmeti olan qiymətli kağızların satıcının hesabında yox, alıcının hesabında dondurulması tələbi müəyyən edilib. Bununla da repo satıcısının müddət tamamlandıqdan sonra öhdəliyini yerinə yetirmədiyi halda, repo predmeti üzrə bütün hüquqlar repo alıcısına keçdiyi üçün proses daha qısa zamanda həll olunacaq. Eyni zamanda, repo müddəti ərzində repo predmeti olan qiymətli kağızlar üzrə əldə edilən faiz və ya divident gəlirləri repo alıcı tərəfindən əldə olunacaq.

Əlavə olaraq, yeni qaydalarda tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan ünvanlı satış əqdlərinin optimallaşdırılması üçün iri həcmli əqdlərin məbləği təkrar bazarda marketmeykeri olan istiqrazlar üzrə 10 milyon manatdan 1 milyon manata, digər istiqrazlar üzrə isə 5 milyon manatdan 500 min manata endirilib.

Bu dəyişikliklər fond birjasında aparılan əməliyyatların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, repo bazarının inkişafına, birjada bağlanan əqdlərin sayının və likvidliyinin artmasına, maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılmasına və birjadankənar bazarda bağlanan əməliyyatların fond birjasına gətirilməsinə dəstək ola bilər.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?