26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda bank olmayan kredit təşkilatlarının cəmi aktivləri 314,4 milyon manat təşkil edib

Sentyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 milyon manat, cəmi öhdəlikləri isə 188,6 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, bundan əlavə kredit ittifaqlarının bu ilin üçüncü rübündə cəmi aktivləri 15,9 milyon manat, öhdəlikləri isə 6,1 milyon manat olub.

Doqquz ayda BOKT-ların aktivləri 17,4 faiz artıb. Bank olmayan kredit təşkilatlarının aktivlərinin əsas hissəsini (81,1 faiz) kredit portfeli təşkil edib. Kredit portfeli dövr ərzində 11,8 faiz (27 milyon manat) artaraq sentyabr ayının sonuna 255 milyon manat təşkil edib. Kredit ittifaqlarının aktivlərinin 90 faizini (14,3 milyon manat) kredit portfeli təşkil edib.

İlin əvvəli ilə müqayisədə BOKT-ların öhdəlikləri 5 faiz (9,1 milyon manat) artıb. Öhdəliklərin 47 faizi (88,4 milyon manat) banklardan və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərdən ibarətdir. Dövr ərzində cəlb edilmiş vəsaitlərdə 3,5 faiz (3,2 milyon manat) azalma olub. Qiymətli kağızlar vasitəsilə borclanma isə ilin əvvəli ilə müqayisədə 3,8 faiz (1,1 milyon manat) artıb. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri dövr ərzində 13,6 faiz (4,6 milyon manat) azalıb. Kredit ittifaqlarının öhdəliklərinin əsas hissəsi banklardan və digər maliyyə institutlarından alınmış kreditlərdən ibarətdir.

Sentyabr ayına BOKT-ların balans kapitalı 125,8 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 42,5 faiz (37,5 milyon manat) çoxdur. Kredit ittifaqlarının balans kapitalı isə 9,8 milyon manat olub.

Cari ilin 9 ayında BOKT-lar 14 milyon manat əməliyyat mənfəəti generasiya edib. Bank olmayan kredit təşkilatlarının xalis mənfəəti isə 14,7 milyon manat təşkil edib. Hesabat dövründə kredit ittifaqlarının əməliyyat mənfəəti isə 1 milyon manata çatıb. BOKT-lar üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 6,2 faiz və 15,6 faiz təşkil edib.

Ölkədə fəaliyyət göstərən 92 bank olmayan kredit təşkilatlarından 7-si xarici kapitallıdır, bunların hamısında xarici kapitalın payı 50-100 faiz arası təşkil edir. BOKT-ların sayı 45, kredit ittifaqlarının sayı isə 47 olub. Doqquz ayda BOKT işçilərinin sayı 7,2 faiz (138 nəfər) artaraq 2043 nəfərə çatıb.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?