15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hökumət Ödəniş Portalı üzərindən aparılan əməliyyatların həcmi 2 milyard 286 milyon manat təşkil edib

Azərbaycan Mərkəzi Bankının (AMB) operatoru olduğu Hökumət Ödəniş Portalı (HÖP) üzərindən bu ilin yanvar-sentyabr aylarında həyata keçirilən əməliyyatların həcmi 2 milyard 286 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artım deməkdir. AMB-dən bildirilib ki, aparılan nağdsız əməliyyatların həcmi isə 3,4 dəfə artaraq 956 milyon manat olub. Hesabat dövründə HÖP-ün əhatə dairəsi genişləndirilib, 1.437 bələdiyyə üzrə ödənişlərin qəbul edilməsi imkanı yaradılıb. Bununla da, bələdiyyələr daxil olmaqla, əksər dövlət orqanları, kommunal xidmət müəssisələri, mobil rabitə operatorları, ali təhsil müəssisələri və sair qurumların 550-dən çox xidməti üzrə ödənişləri portalın onlayn resurslarından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qaydada aparmaq mümkündür.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?