29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF-nin səhm alt portfeli üzrə gəlirliliyi və investisiya portfeli artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14.715,2 mln. manat, büdcə xərcləri isə 7.680,4 mln. manat təşkil edib. Fondun yaydığı məlumata əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12.074,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11.290,4 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, akrhesabı ödənişləri 4,7 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat təşkil edib. Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2.640,3 mln. manata bərabər olub. Bu dövrdə ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7.536,0 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 mln. manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 18,0 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 219,8 mln. manat təşkil edib. Bu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38.515,2 mln. ABŞ dolları) nisbətən 10,4 faiz artaraq 42 524,4 mln. dollara bərabər olub. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilməklə investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötənilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%), 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2 faiz təşkil edib.

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100 faizi qədər və yaxud 42.524,3 milyon ABŞ dolları təşkil edib. Bu vəsaitin 54,7 faizi dollarda, 33,8 faizi avroda, 4,9 faizi isə ingilis funt-sterlinqində yerləşdirilib. Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,4 faiz təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,5 faiz, Türkiyə lirəsi 0,8 faiz, Rusiya rublu 0,7 faiz, Koreya vonu 0,4 faiz, Çin yuanı 1,1 faiz, Yaponiya yeni 1,6 faiz, digər valyutalar isə 1,5 faiz paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 69,6 faiz, səhmlərin payı 13,4 faiz, daşınmaz əmlakın payı 5,6 faiz, qızılın payı isə 11,4 faiz təşkil edib.
Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-nin aktivləri 10 faizdən çox artıb.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb