19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici borcun bir hissəsinin daxili borca transformasiya edilməsi yerli borc bazarının inkişafına kömək edər

"Düşünürəm ki, xarici borcun bir hissəsini daxili borca transformasiya etmək lazımdır. Bu, yerli borc bazarının inkişafına kömək edəcək". Bu fikri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.

E.Rüstəmov ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə də danışıb: "Prezident İlham Əliyev ötən il xalqın dəstəyi ilə yenidən dövlət başçısı seçildikdən sonra andiçmə mərasimindəki nitqində proqram xarakterli çıxış etdi və ölkənin gələcək inkişaf istiqamətlərini ifadə etdi. Əsas məqsəd ölkədə dayanıqlı, davamlı iqtisadi inkişafa nail olmaqdır. Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Odur ki, yaxın keçmişdə vergi-gömrük və məhkəmə sahələrində islahatlara başlanılıb. Həmçinin sosial islahatlar həyata keçirilir. Bu da əmək bazarının genişlənməsinə səbəb olacaq. İslahatların əsas hədəfi özəl sektora, biznesə arxalanmaqdır. Doğrudur, inkişaf üçün daxili imkanlar məhduddur, amma xarici imkanlar məhdud deyil".

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?