21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa ölkələri e-ticarətlə alınan Çin mənşəli mallara yüksək tariflər tətbiq edir

Son zamanlar bir sıra Avropa ölkələri tərəfindən elektron ticarət vasitəsilə alınan Çin mənşəlli malların çatdırılmasına tətbiq olunan yüksək tariflər "Azərpoçt"un bu sahədə əməkdaşlıq etdiyi tərəfdaş şirkətlərdə narazılıq yaradıb. "APA-Economics"in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata əsasən, məhz bu səbəbdən Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının təyin etdiyi tariflərlə işləyən ölkələrlə əməkdaşlığa daha çox önəm verir ki, bu ölkələr sırasına Asiya, o cümlədən Orta Asiya ölkələri, Türkiyə, İran, Rusiya, Ukrayna və digər s. daxildir: "Təəssüf ki, son zamanlar Avropa ölkələri sifariş olunan Çin mənşəlli malların çatdırılmasına yüksək qiymətlər tətbiq edirlər ki, bununla bizim tərəfdaş şirkətlər razılaşmır. Əlbəttə, "Azərpoçt" üçün heç bir fərqi yoxdur, biz sadəcə tranzit haqqımızı alırıq. Lakin biz şirkətlərə tarifləri təqdim etdikdə onlar qiymətlərin yüksək olduğundan gileylənir, bununla da müəyyən problemlər yaranır".

Qeyd edək ki, dünyanın əsas yük mərkəzi olan Çində sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən olan "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir. Məhsullar "Azərpoçt" tərəfindən tranzit mərkəzində emal olunaraq dünyanın 20-yə yaxın ölkəsinə göndərilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?