19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İki gün sonra Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Oktyabrın 24-də Bakıda "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi" mövzusunda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Energetika Nazirliyindən bildirilib ki, 4 sessiyadan ibarət olacaq forumda bərpaolunan enerjinin inkişafı və texnologiyaların rolu, bərpaolunan enerji mənbələrindən istifadə və tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin bölüşdürülməsi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları çərçivəsində müzakirələr aparılacaq.

Forumda 13 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-dək şəxsin iştirakı gözlənilir. Forumun açılışında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının baş katibi Urban Rusnakın çıxışı nəzərdə tutulub.

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu gələcək prioritetləri və çağırışları müzakirə etmək üçün uğurlu platforma hesab edilir. Forum milli, regional, beynəlxalq ekspertlər tərəfindən energetika sektorunda qlobal innovasiya trendlərinin, eləcə də Enerji Xartiyasına üzv və müşahidəçi ölkələrin, xartiyadan kənarda qalan dövlətlərin enerji sektorlarında inkişaf prosesləri və aparılan islahatlarla bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?