19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda otelçilik sahəsinin gəlirləri artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olub. Bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Səudiyyə Ərəbistanı, 11,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,4 faizi Rusiya Federasiyası, 5,8 faizi İsrail, 5,5 faizi Hindistan, 5,1 faizi İran, 4,6 faizi Türkiyə, 3,6 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,0 faiz olmaqla ABŞ və Qətər, 1,9 faizi Pakistan, 1,6 faizi Çin,1,4 faizi İraq, 1,3 faizi Qazaxıstan, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Bəhreyn, 22,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Cari ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çox və ya 334,0 milyon manat olub.

2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6 faiz (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9 faiz) təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?