19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım müşahidə olunur

Məhsul yığımı başlanandan oktyabrın 1-dək sahələrdən 1 milyon 443,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox tərəvəz, 939,7 min ton (10,2 faiz çox) kartof, 445,1 min ton (12,4 faiz çox) bostan məhsulları toplanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ildə 100,1 min hektar sahədə pambıq, 16,6 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib.

Bu müddət ərzində həmin sahələrdən 76,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 75,4 faiz çox pambıq, 33,7 min ton (41,1 faiz çox) dən üçün günəbaxan, 67,6 min ton (59,7 faiz az) şəkər çuğunduru və 4,3 min ton (10,7 faiz çox) tütün yığılıb. Bundan başqa, hesabat dövrünə 656,8 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 165,4 min ton (48,8 faiz çox) üzüm, 647,5 ton (12,1 faiz az) yaşıl çay yarpağı toplanıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?