24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslahatlara adekvat komanda formalaşdırılmalıdır

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş növbəti iqtisadi müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Millət vəkili Elçin Quliyev müşavirənin nəticələri barədə bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahat paketinin həyata keçirilməsi nəticəsində cari ilin doqquz ayının sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektoru üzrə iqtisadi artım 3 faizdən, qeyri-neft sənayesi üzrə isə 15 faizdən çox olub. İnflyasiyanın səviyyəsi aşağı - 2 faiz civarında qalıb. Ölkə başçısının dediyi kimi: "Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər". Bununla yanaşı, aqrar sektora verilən vergi güzəştləri, göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır".

Millət vəkili vurğulayıb ki, ölkə başçısının apardığı sosial siyasət davam etdiriləcək və növbəti illərdə də əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldiləcək. Cari ildə həyata keçirilən iki sosial paket bunun bariz nümunəsidir və son müşavirədə ölkə başçısı buna münasibət bildirib: "Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əmək haqları, müavinətlər artırıldı. Yəni bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu".

E.Quliyev qeyd edib ki, islahatlara adekvat komanda formalaşdırılmalı və hamı qarşıya qoyulan vəzifələrin həlli üçün birlikdə çalışmalıdır: "Dövlət büdcəsinə qənaətlə yanaşılmalı, onun resurslarından səmərəli istifadə olunmaqla daha çox iş görülməlidir. Əlbəttə, ölkə başçısının dediyi kimi, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Vergilərin dövlət büdcəsinə ödənilməsi prosedurunun müasir standartlar səviyyəsinə çatdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ölkə başçısı ölkə sahibkarlarını, digər işəgötürənləri bu sahədə şəffaflığın təmin olunmasına çağırdı. Düşünürəm ki, burada Vergilər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür".

Millət vəkili qeyd edib ki, iqtisadiyyatın inkişafında xüsusi rolu olan infrastruktur layihələri uğurla icra olunur. Bunu son zamanlar Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına tikilən yol, qaz, su və sosial infrastruktur layihələrinin həyata keçirilməsi sübut edir: "Ölkədə infrastruktur layihələrinə qoyulan investisiyalar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Digər tərəfdən, ölkə başçısı bank sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğuladı və real sektora yönəldilən maliyyə vəsaitlərinin əsasən istehlak kreditlərinə verilməsi əvəzinə, bu vəsaitlərin daha çox istehsala ötürüldüyünü bildirdi. Bununla yanaşı, iqtisadiyyata qoyulan maliyyə vəsaitlərinin təsirlərinin qiymətləndirilməsi məqsədilə müvafiq strukturlara göstərişlər verdi. İndi iqtisadi inkişafın daha da artırılması, qeyri-neft sektorunun bütün sahələrində daha çox əlavə dəyər yaradılmasının stimullaşdırılması qarşıda duran vəzifələrdir".

Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?