13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rayonlarda torpaqların uçotu davam etdirilir

3,8 milyon hektar ərazini əhatə edən 6 şəhər və 42 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, kadastr uçot işləri yekunlaşan rayonlarda görülən işlərin nəticələri praktiki istifadə üçün elektron şəkildə yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Ümumilikdə torpaqların elektron kadastr uçotu işi 6 şəhər və 51 rayonu əhatə edir. Torpaq parsellərinin sayı 4,9 milyon ədəddir. Kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib. Eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu işləri sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Mülkiyyətçilərin sahib olduqları torpaqdan əlavə ərazini qanunsuz istifadə etmələri aradan qaldırılır.

Uçot məlumatları kənd təsərrüfatında istifadə edilən pay torpaqları və ailə kəndli təsərrüfatlarının uçotunun aparılmasına da yardım edəcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?