8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslahatlara alternativ yoxdur

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş növbəti iqtisadi müşavirədə qaldırılan məsələ ictimaiyyətin diqqət mərkəzindədir...

Millət vəkili Eldəniz Səlimov müşavirədə qaldırılan məsələlərə münasibət bildirərək qeyd edib ki, dövlət başçısı çıxışında əldə edilən uğurlar, nailiyyətlərlə yanaşı, yol verilən xətalar, nöqsanlar, islahatlar prosesi və ona mane olmağa çalışan qüvvələr, bəzilərinin medianı şantaj vasitəsinə çevirməsi ilə əlaqədar sərt mövqe nümayiş etdirdi. Açıq şəkildə ifadə etdi ki, iqtidarda olan bəzi qüvvələr islahatlar prosesinə mane olmağa, təsir dairələrində olan media vasitələrini islahatlar prosesini gözdən salmağa yönəltməyə və bu prosesdə fəal rol oynayan qurumlara, şəxslərə qarşı təzyiq, şantaj vasitəsinə çevirməyə çalışırlar. Prezident qəti şəkildə bəyan və xəbərdarlıq etdi ki, bunlar dözülməz və yolverilməzdir, heç kim islahatlar prosesini davam etdirməyə mane ola bilməz və bilməyəcək. İslahatlar prosesi əvvəlki əzmkarlıq və qətiyyətliliklə davam etdiriləcək. Çünki islahatlara alternativ yoxdur.

Dövlət başçısı çıxışında şəfafflıq və korrupsiya məsələsinə də geniş toxunaraq, bəzi qurumların büdcə vəsaitlərini məqsədi məlum olmayan yerlərə yönəltməsindən, israfçılığa yol verməsindən narazılığını ifadə etdi, bəzi rəqəmlərin şişirdildiyini, havadan götürüldüyünü deyərək, bunların yolverilməz, qəbuledilməz olduğunu və bu işləri edənlərin bağışlanılmayacağını bəyan etdi.

Müşavirə zamanı son doqquz ayın sosial-iqtisadi göstəricilərinin müsbət olduğu, iqtisadi artımın təmin edildiyi vurğulandı. Qeyd edildi ki, konkret olaraq, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur və bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər. Bununla bərabər, kənd təsərrüfatında ciddi irəliləyiş müşahidə olunur və doqquz ayda 7 faizdən çox artm əldə edilib. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstərici üzrə biz dünya miqyasında doqquzuncu yerdəyik. Dövlət başçısı deyib ki, qarşıya xarici dövlət borcumuzu ildən-ilə azaltmaq vəzifəsi qoyulub. Bununla yanaşı, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Ən önəmli məqam isə budur ki, əhalinin gəlirləri inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Müşavirədə də səsləndirildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro iqtisadi proqnoz nəzərə alınıb və həmin proqnoza görə növbəti ildə inflyasiya səviyyəsi 4,6 faiz nəzərdə tutulub. Bunun özü müsbət bir məqamdır. Bu da müsbət haldır ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Doqquz ay ərzində ölkədə böyük sosial paket reallaşıb: 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əmək haqları, müavinətlər artırılıb.

Millət vəkili qeyd edib ki, bütün bunlar bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı inkişaf yolundadır və bu yolda arxaya baxmadan, sapmadan, dayanmadan öz hədəflərinə doğru inamla, qətiyyətlə, əzmlə irəliləyir.

Fəxriyyə İKRAMQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?