26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İzabel Rikbost: "Bakı Limanının "yaşıl liman" adını qazanması yeni üfüqlər açır"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) PERS - "EcoPorts" sertifikatına layiq görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildirilib ki, Bakı Limanı Xəzər bölgəsində PERS – "EcoPorts" sertifikatı alan ilk liman olub. Liman Ətraf MühitinTəhlili Sistemi (PERS), Avropanın liman sektorunun ətraf mühitinin qorunması mövzusunda məlumatlılığı artıran və limanların davamlı inkişaf hədəflərinə çatmasına kömək edən xüsusi bir standartdır. Sözügedən sertifikatda qabaqcıl texnologiyaların, xüsusilə enerji istifadəsi, tullantıların idarə olunması, havanın keyfiyyəti, rəqəmsallaşdırma və avtomatlaşdırma sahələrində tətbiqini təşviq edir.

Norveçin Oslo şəhərində "Yaşıl Liman" konfransında baş tutan mükafatlandırma mərasimində ESPO-nun Baş katibi İzabel Rikbost bildirib ki, liman rəhbərliyi üçün yerli icma ilə əlaqələr son dərəcə vacibdir və "EcoPorts" liman sektorunun şəffaflığının və hesabatlılığının daha da artırılmasına kömək edir: "EcoPorts'un ekoloji standartı limanın ətraf mühit siyasətini ictimaiyyətə açıq olması və yerli ictimaiyyətə məlumat verilməsini nəzərdə tutur. Bakı Limanının sertifikatlaşdırılması ilə nəinki liman yeni üfüqlər açır, həm də "EcoPorts" şəbəkəsi şərqə doğru daha da genişlənir".

Xatırladaq ki, Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 "EkoPorts" fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi siyasətində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahibdir. Bununla yanaşı, BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş proseslərində və əməliyyatlarında inteqrasiya edib.

Avropa və Asiyanın strateji qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanı Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilmək niyyətindədir. Bu, Azərbaycanın qeyri-neft sektorunu şaxələndirmək məqsədilə apardığı daha geniş strategiyanın bir hissəsidir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?