19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnnovasiya Agentliyi Çin və Yaponiya şirkətləri ilə birgə fəaliyyətlə bağlı danışıqlar aparır

İnnovasiya Agentliyinin Pirallahı ərazisində yerləşən zonasında kriptovalyutaların mayninqi fermasının yaradılmasına dair Çin və Yaponiya şirkətləri ilə danışıqlar aparılır. Bunu "APA-Economics"ə İnnovasiya Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev deyib. Onun sözlərinə görə, aparılan müzakirələrin əsas predmeti bu şirkətlər üçün daha əlverişli şəraitin yaradılmasıdır ki, bu da layihənin məhz Azərbaycanda reallaşmasında həlledici rol oynaya bilər: "Azərbaycanla bu sahədə rəqabətə girə biləcək bir neçə region var ki, onların da təklifləri qeyd olunan ölkələrin şirkətləri tərəfindən təhlil olunur. Ona görə biz gərək daha yaxşı şərait təklif edək. Məsələn, əsas məqamlardan biri elektrik enerjisi sərfiyyatına xərclənəcək vəsaitlər və yaxud infrastrukturun qurulacağı ərazinin əlverişli kirayə haqqının olması. Bu və ya digər məqamlar üzrə razılıq əldə olunsa, layihə tez bir zamanda icra oluna bilər."

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?