27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsi üzrə məlumatların bildiriş bazasında göstərilməsi

Biznes münasibətlərində rastlaşdığımız məsələlərdən biri də əmək müqaviləsi üzrə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bildiriş bazasına daxil ediləndən sonra baş verən dəyişikliklərin vaxtlı-vaxtında sistemə daxil edilməməsidir. Yəni mühasiblər, kadr üzrə mütəxəssislər ilkin olaraq əmək müqaviləsini sistemə salırlar, amma sonradan əməkhaqqının artması və ya azalması, iş rejiminin dəyişdirilməsi, vəzifənin dəyişdirilməsi və digər bu kimi halları sistemə ya ümumiyyətlə daxil etmirlər, ya da gec daxil edirlər.

Cavab kimi bildirilir ki, dəyişikliklərin sistemə salınmaması və ya gec salınmasına heç bir maliyyə sanksiyası və ya inzibati cərimə yoxdur. Sərbəst auditor Altay Cəfərov qeyd olunan məsələnin həm Əmək Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyini vurğulayıb. İlkin olaraq Əmək Məcəlləsinin 49-cu maddəsini bir daha nəzərdən keçiririk.

Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

A.Cəfərovun şərhinə görə, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi – təkcə ilkin müqavilənin sistemə daxil edilməsindən ibarət deyildir. Hüquqi qüvvəyə minmə dedikdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və xitam verilməsi nəzərdə tutulur: "Məlumatlar üç halda sistemə daxil edilməlidir, bildiriş əldə olunmalıdır və bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minmiş sayılır.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsini bir daha nəzərdən keçirsək, cərimələrin tətbiq edilməsinə bir daha aydınlıq gətirmək olar. Maddəyə görə inzibati cərimə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işçi hansısa bir işlərə cəlb edildikdə tətbiq edilir. Yəni yuxarıdakı 3 halda hüquqi qüvvəyə minmədən əməliyyat baş verərsə, cərimə tətbiq ediləcəkdir.

Məsələn, tutaq ki, işçinin ilkin əməkhaqqı 500 manat olub və 1 sentyabr 2019-cu ildən artırılaraq 800 manata çatdırılıb. Bu zaman ƏƏSMN-nin bildiriş bazasında 1 sentyabr 2019-cu ildə dəyişiklik edilməlidir, bildiriş əldə olunmalıdır və bundan sonra mühasibat bu dəyişiklik üzrə hesablamalar aparmalıdır.

Başqa bir misal. Bu dəyişiklik üzrə əmr 1 sentyabr 2019-cu ildə verilib, amma kadrlar üzrə mütəxəssis bunu ƏƏSMN-nin bildiriş sisteminə 5 sentyabr 2019-cu ildə salıb və orada dəyişikliyin qüvvəyə minmə tarixini 1 sentyabr 2019-cu il kimi göstərib. Belə olan halda mühasibatlıq qüvvəyə minmə tarixini 1 sentyabr 2019-cu il yazmasına baxmayaraq, yeni hesablamaları 5 sentyabr 2019-cu ildən aparmalıdır. Ona görə ki, sistemdən bildiriş 5 sentyabr 2019-cu ildə əldə edilib.

Odur ki, sahibkarlar bu məsələlərdə diqqətli olmalıdırlar.

Fəxriyyə İKRAMQIZI

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?