25 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb. "APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib.

Görüşdə Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46 faizdən çox, bu ilin 8 ayında isə 63 faiz artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.

İqtisadiyyat naziri iki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev iş adamlarının Azərbaycanda fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistanın iş adamlarını birgə fəaliyyətə dəvət edib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində nazir S.Umurzakov Özbəkistanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolunu qeyd edib. S.Umurzakov Özbəkistan iş adamlarının Azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində marağını, bu məqsədlə iş adamlarının da daxil olduğu nümayəndə heyətinin Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi