1 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda xarici bazarları hədəfləyən yeni marka yaradılıb

Azərbaycanın qablaşdırılmış kənd təsərrüfatı məhsulları xarici bazarlara yeni marka ilə çıxarılacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd edib ki, hazırda səhmdar cəmiyyət MDB dövlətləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Türkiyəyə məhsullar ixrac edir. Buraya meyvə və giləmeyvə, quşçuluq məhsulları daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin qablaşdırılmış aqrar məhsulların ölkə daxilində və xaricdə satışına önəm verdiyini vurğulayan L.Məmmədova bildirib ki, bu istiqamətdə ASC-yə İqtisadiyyat Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO da dəstək göstərir. Azərbaycan məhsullarının tanıdılması üçün xarici ölkələrdə tədbirlər də keçirilir: "İlkin olaraq biz "Kənddən Şəhərə" markasını yaratdıq. Bu markanın əsas hədəf kütləsi daxili bazar idi. Bizim üçün eksperimental layihə idi və uğurlu alındı. Hazırda həmin layihəni genişləndirərək xarici bazarı hədəfləyən yeni marka yaradılıb. Bu marka barədə uzun müddət araşdırmalar aparmışıq. İstəyirik ki, yeni marka Azərbaycanı xaricdə daha yaxşı tanıtsın, asan yadda qalsın. Bu ilin sonu, gələn ilin əvvəlində onun təqdimatını keçirəcəyik. Ondan sonra Azərbaycanın qablaşdırılmış kənd təsərrüfatı məhsullarını xaricə yeni marka altında ixrac edəcəyik".

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var