12 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha bir elektron xidmət istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb. Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni elektron sistemin təqdimatı olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.

A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər və ya onlardan biri işlədiyi halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın doğulmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu elektron xidmət işləyən valideynləri də əhatə edəcək.

Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Göründüyü kimi, yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov yeni sistemin təqdimatını edib.

Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər