6 Dekabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Maliyyə Korporasiyası ölkəmizin iqtisadi sahədə əldə etdiyi nəticələri müsbət qiymətləndirir

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Peter Lankes "Report"a müsahibə verib. Hans Peter Lankes müsahibəsində Azərbaycanda son illər həyata keçirilən islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, əldə olunan iqtisadi artım göstəriciləri haqda fikirlərini bölüşüb:

- Azərbaycanın mövcud investisiya mühitini necə qiymətləndirirsiniz?

- Böyük qlobal inkişaf institutu olaraq və diqqətini inkişaf etmiş bazarların özəl sektoruna cəmləyərək Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun lazım olan yerlərdə, iş yerlərinin yaranmasında, innovasiyaların tətbiqində və həyatların dəyişməsində strateji rolunu anlayır. Beləliklə, biz Azərbaycanın biznes mühitinin yaxşılaşması və özəl sektorun təşviqi sahəsində nail olunan tərəqqini alqışlayırıq.

Azərbaycanın həyata keçirdiyi islahatlar diqqətdən kənar qalmadı. Faktiki olaraq, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında ən böyük irəliləyiş göstərən 10 ölkə sırasındadır. 2018-ci ilin oktyabrında nəşr olunan bu hesabatda 190 ölkədə biznes mühiti araşdırılıb. Azərbaycan 8 islahat həyata keçirib. Bu, bir ölkə üzrə ən yüksək göstəricidir. Bu,ölkə İqtisadiyyatı üçün çox güclü bir bünövrə yaradır.

- Azərbaycanda iqtisadi artımı sürətləndirmək üçün daha hansı islahatları həyata keçirmək lazımdır?

- "Doing Business" hesabatında göstərilən islahatlardan əlavə bir çox işlər görülməlidir. Məsələn, məhkəmə-hüquq sisteminin inkişafı və özəl şirkətlər üçün bərabər şərtlərin yaradılması istiqamətində işlərin görülməsi zəruridir.

Effektiv maliyyə sektoru özəl sektorun liderlik etdiyi iqtisadi inkişaf üçün açardır. Əgər Azərbaycan əsas diqqəti güclü özəl sektora yönəldilən geniş islahat proqramına başlayarsa, yüksək maliyyə vasitəçiliyi potensialı və şaxələndirilmiş maliyyə mənbələri olan güclü maliyyə sektoru məhsuldarlığın artması və maliyyə xərclərinin azalması üçün çox əhəmiyyətli olar. Bazarın şaxələndirilməsi, bank sahəsində çatışmazlıq və bank xidmətlərinin zəifliyini aradan qaldırmaq üçün maliyyə əlçatanlığı, kredit bazarı infrastrukturunun genişləndirilməsi və maliyyə göstəricilərinin açıqlanması KOB-lar üçün maliyyə aktivlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətlidir.

Effektiv maliyyə sektoru özəl sektorun liderlik etdiyi iqtisadi inkişaf üçün açardır

Mən inanıram ki, Azərbaycan yeni islahatlar dövrünün kandarındadır. Ötən onillikdə gördüyümüz islahatlar kimi islahatlar həyata keçirmək asan deyil və biz Azərbaycanın öz islahat proqramı və daha parlaq gələcək qurmaq niyyəti üzrə götürdüyü öhdəliyi müsbət qarşılayırıq. İFC-nin Azərbaycanı özəl sektor məsələsi ilə bağlı dəstəkləmək öhdəliyindən əmin ola bilərsiniz.

- Bu yaxınlarda Sizin Azərbaycana səfərinizin səbəblərindən biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və IFC-nin tərəfdaşlığı ilə keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfransda iştirak etmək idi. Bu, İFC və Azərbaycan üçün niyə vacibdir?

- Təsirli investisiyasının məqsədi maliyyə gəlirləri ilə yanaşı ölçüləbilən müsbət, sosial, iqtisadi və ətraf mühit təsiri də yaratmaqdır. 60 ildən artıq müddətdir ki, İFC təsirli investordur və biz inkişaf edən ölkələrdə təsirli investisiya bazarının şəffaflığını və etibarlılığını artırmaq üçün səylər göstəririk.

Biz, Təsirli İdarəetmənin Əməliyyat Prinsiplərini (Operating Principles for Impact Management) hazırlamaq üçün bir qrup təsirli investor və digər xarici səhmdarlarla işləmişik. Bunlar, təsirli, həmçinin maliyyə gəliri üçün investisiya portfelini idarə etməyin əsas elementlərini müəyyən etdi. Prinsiplərin tətbiqi ötən ilin aprel ayında Vaşinqtonda elan olundu və hazırda onlara 70-dən çox investor imza atıb. Prinsipləri imzalayan investorlar bildirirlər ki, onlar təsirli investisiyalara intizamlı, daimi və şəffaf yanaşmanı izləyirlər. Bu, bazarda inamı yaradacaq və daha çox vəsaitin təsirli investisiyasına axınını təşviq edəcək.

Maliyyə əlçatanlığı, kredit bazarı infrastrukturunun genişləndirilməsi və
maliyyə göstəricilərin açıqlanması KOB-lar üçün maliyyə
aktivlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətlidir

Sayca artan investorlar və şirkətlər öz biznes modellərini və investisiya strategiyalarını birləşdirmək istəyirlər ki, cəmiyyət üçün müsbət nəticələr əldə etsinlər. İnvestorların bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına investisiyaların yatırılmasını diversifikasiya və uzunmüddətli kapital artımı imkanları yarada biləcək aktivlər hesab edirlər.

ARDNF belə investorlardan biri hesab olunur. Və mən onun təşkil etdiyi konfransa qatılmağı dəyərləndirdim. Faktiki olaraq, ARDNF, inkişaf etməkdə olan ölkələrin bazarlarında İFC-nin Aktivlərin İdarəedilməsi Şirkəti tərəfindən idarə olunan fondlara vəsait yatıran ilk investor idi. Bu əməkdaşlıq vasitəsilə ARDNF gələcək nəsillərin naminə ölkədə və digər inkişaf etməkdə olan bazarlarda inkişafı dəstəkləmək üçün Azərbaycanın neft gəlirlərini idarə etməyə kömək edə bilər. Mən ARDNF-ə özəl sektorun liderlik etdiyi davamlı inkişaf üzrə bizim mövqeyimizə sadiq olduğuna görə təşəkkür edirəm və 20 illiyi ilə əlaqədar təbriklərimi bildirirəm.