19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Monitorinqi aparılan 300 işəgötürəndən 159-nun fəaliyyətində pozuntu halları aşkar edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı həyata keçirilən monitorinqin nəticələri haqda jurnalistlərə məlumat verib, aşkarlanmış qanun pozuntusu faktlarını sadalayıb: ''Əmək və ya xidməti müqavilə olmadan işçi götürən işəgötürənlərdən 90 nəfəri barəsində inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib''. Qeyd olunub ki, 4 işəgötürən üzrə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: ''Ümumilikdə pozuntu halları üzrə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib''.

Müdir müavini işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi, bir sözlə hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edib: "Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib".

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?