19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana səfər edən turistlərin sayında 10 faizə yaxın artım müşahidə olunub

Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8 faiz çoxdur. "Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, son 1 ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88 faiz olub. Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13 faizdən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8 faizdən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7 faiz və yaxud 3 min nəfər), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1 faiz və yaxud 3,8 min nəfər) gələn qonaqlar arasında kəskin artım müşahidə olunub.

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 2,4 milyona çatıb. Sentyabrda olduğu kimi, yanvar-sentyabr aylarında da gələnlərin əksəriyyətini (1,26 milyon nəfər və yaxud 52 faiz) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min nəfər və yaxud 21,7 faiz olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?