15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcbari sığortanın tətbiq olunmamasına cərimələr necə hesablanır?

İşçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsinə görə işəgötürənlər üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Məcəllənin 469.2-ci bəndinə əsasən, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Misal. Tutaq ki, "A" MMC-də keçirilən yoxlamalar zamanı işçilərin icbari sığortasının olmadığı müəyyən edilib. Yoxlamanın nəticəsi olaraq vəzifəli şəxs kimi "A" MMC-nin rəhbəri 1.500 manat məbləğində cərimə edilir.

"A" MMC-nin hüquqi şəxs kimi cərimə olunmasına gəlincə, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Əgər səlahiyyətli orqanlar, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati xəta üzrə hüquqi şəxsin cərimələnməsinə kifayət qədər əsaslar müəyyən edərsə, bu zaman inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmənin qərarına əsasən, "A" MMC 5.000 manat məbləğində cərimə edilə bilər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?