19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın turizm potensialı Pakistanda təbliğ edilib

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən "Pakistan Travel Mart" sərgisində iştirak edib. Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib.

Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib. Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Oktyabrın 10-dək davam edəcək "Pakistan Travel Mart" Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir. 2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti qatılır və sərgini ümumilikdə 25.000-dən çox şəxs ziyarət edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 11,8 faiz artım deməkdir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?