20 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sahibkarlarına bu il 133 milyon manata yaxın güzəştli kredit verilib

Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq. Ümumilikdə, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7.000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

Məlumatda bildirilir ki, cari ildə ümumilikdə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 mln. manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 3.800-dək iş yerinin yaradılmasına imkan yaradacaq. Bu müddətdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarının, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlərin 74,4 faizi aqrar sektorun, 25,6 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi