19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artaraq 38,6 mln. ABŞ dollarına çatıb. "APA-Economics"in məlumatına görə, bunu Daşkənddə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin Biznes və İnvestisiya Forumunda çıxış edərkən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib. Onun sözlərinə görə, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 43,9 mln. dollar təşkil edib ki, bu göstərici 2017-ci illə müqayisədə 46,3 faiz çoxdur: "Hazırda Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və digər sahələri əhatə edən Özbəkistan kapitallı 30-a yaxın şirkət, Özbəkistanda isə Azərbaycan kapitallı 80-ə yaxın şirkət fəaliyyət göstərir. Bununla belə, ticarət dövriyyəsinin və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün münbit şərait mövcuddur. Hesab edirik ki, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin real potensialını əks etdirmir. Hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir".

Konfederasiyanın prezidenti əlavə edib ki, Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb və bu istiqamətdə işlər davam etdirilir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?