13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AgroX" startap müsabiqəsinin qalibləri müəyyən edilib

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, "Startap Azərbaycan" və "İNNOLAND" Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən "AgroX" startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə finala çıxan 12 aqrar startapın yekun qiymətləndirilməsi keçirilib və finalçılar müəyyənləşdirilib. Daha sonra "AgroX" İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulub, aqrar startaplar arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb. Qalib gələn aqrar startapların qısa müddətli təqdimatı olub. Təqdimatdan sonra qaliblər və müsabiqədə fərqlənənlərin mükafatlandırılması mərasimi keçirilib.

Xatırladaq ki, may ayından start götürmüş "AgroX" innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb. Münsiflər heyəti "Startap Azərbaycan", "INNOLAND" Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarından təşkil olunub. "AgroX" innovasiya proqramına təqdim olunmuş layihələr arasında ikimərhələli seçim həyata keçirilib. Hər bir iştirakçının münsiflər qarşısında qısa təqdimatı dinlənilib və bunun əsasında qiymətləndirmə aparılıb. Seçilmiş layihələrdə ideyanın cəlbediciliyi, davamlılığı və gəlirli olması, komandanın peşəkarlığı əsas meyar kimi götürülüb. İkinci mərhələdə iştirak üçün seçilmiş layihələri təkmilləşdirmək məqsədilə təlimlər təşkil olunub, mentor dəstəyi ilə startapçılar layihələrini inkişaf etdiriblər. Yekunda startapçılar layihələrinin ilkin nümunələrinin təqdimatını həyata keçiriblər.

Qeyd edək ki, "AgroX" müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?