9 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın innovasiya strategiyası hazırlanır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Qlobal innovasiya indeksi 2019"da Azərbaycanın mövqeyi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti işçi qruplarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Qeyd olunan reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün görülən işlər barədə dolğun məlumatların toplanılması, innovasiyanın inkişafı prosesində iştirak edən qurumların lazımi səviyyədə əlaqələndirilməsi və gələcək islahat tədbirləri haqqında müzakirələr olub.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Vüsal Qasımlı bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir, Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb, "EnterpriseAzerbaijan.com" portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir. Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi "Qlobal İnnovasiyalar Hesabatı"nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində yerləşən Kornell Universiteti (Cornell University) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization-WIPO) tərəfindən hazırlanır. 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var