26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları dünyanın tanınmış şirkətləri tərəfindən maraqla qarşılanıb

Moskva şəhərində təşkil olunan "Worldfood Moscow 2019" beynəlxalq ərzaq sərgisi çərçivəsində Azərbaycan şirkətləri ixraca dair yeni müqavilələr bağlayıblar. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, sərgidə qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 33 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirib.

Sərgi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Azərbaycanın "Karaca Fındıq" şirkəti Belarusdan olan şirkətlə 1 milyon ABŞ dolları dəyərində fındıq məhsulunun ixrac olunmasına dair müqavilə imzalayıb. Bundan başqa, "Karaca Fındıq" Rusiyaya 23 ton, Moldovaya 20 ton, Belarusa isə 13 ton qovrulmuş fındığın ixracına dair razılıq əldə edib. "Azərstar" şirkəti Rusiyadan olan 2 şirkətlə 132 ton və 110 ton fındıq məhsulunun ixracına, "Grow Group Azerbaijan" şirkəti isə Rusiyanın iri mağazalar şəbəkəsi ilə 1.000 ton pomidorun ixracına dair müqavilə imzalayıb. "Azhazelnut" şirkəti Rusiyanın müxtəlif şirkətləri ilə ümumilikdə 20 ton fındıq məhsulunun ixracına dair müqavilə bağlayıb. Qeyd edək ki, bu şirkətin məhsulları "WorldFood Moscow 2019" beynəlxalq ərzaq sərgisi çərçivəsində təşkil olunmuş "İlin məhsulu" müsabiqəsində qalib gəlib və mükafata layiq görülüb.

Sərgidə, həmçinin, Azərbaycanın "Az-Granata", "TAC", "Madena", "Şirin Aqro", "Göygöl Şərab", "Amoris", "Agro-Azərinvest", "Abşeron Şərab", "Crispa Snacks", "AHEC", "Balxurma", "Şərq Ulduzu", "Merit Brand" və "AZNAR" şirkətləri istehsal etdikləri məhsulların ixracına dair Rusiya, Körfəz ölkələri, Hindistan, Qazaxıstan, Latviya, Almaniya, Çin və digər ölkələrdən olan şirkətlərlə danışıqlar aparıb və ilkin razılıq əldə ediblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?