10 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tezliklə kirayə evlər üçün müraciətlərin qəbuluna başlanılacaq

Yaşayış sahələrini satmaq öhdəliyi üzrə kirayəyə vermə mexanizmi yaradılacaq

Bununla bağlı açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu layihə çərçivəsində müraciət mexanizmi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var. Ekspert bildirib ki, prosesə məsul olan İpoteka və Kredit Zəmanət Fondunun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsilə əldə edə bilməsidir.

Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron qaydada olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət təkcə İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə deyil, həmçinin "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Qeyd olunub ki, kirayə evlər üçün əsas maliyyə bazasının Kredit Zəmanət Fondunun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir. Fond artıq 110 milyon manatlıq istiqrazların yerləşdirilməsi prosesinə başlayıb.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var