19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft məhsullarının ixracında artım müşahidə olunub

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyub. Həmin müddətdə respublikamızdan xarici ölkələrə 141,5 milyon ABŞ dolları həcmində pomidor ixrac edilib. Siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal edilməmişformalarda – 107,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı isə (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmas və ondan hazırlanmış məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanmış məmulatların ixracı 81,3 milyon, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı isə 20,1 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7 faiz, plastmas və ondan hazırlanmış məmulatların ixracı 51,3 faiz, pambıq lifinin ixracı 49,4 faiz, pambıq ipliyinin ixracı 40,3 faiz, şəkər ixracı 15,5 faiz, meyvə-tərəvəzin ixracı isə 14,5 faiz artıb.

Bu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 19 milyon ABŞ dolları və ya 15 faiz çoxdur. Avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,2 milyon ABŞ dolları), Türkiyəyə (27,4 milyon ABŞ dolları), İsveçrəyə (23,2 milyon ABŞ dolları), Gürcüstana (10,3 milyon ABŞ dolları) və Çinə (6,4 milyon ABŞ dolları) ixrac edilib. Həmin ayda qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal edilməmişformalarda - 22,7 milyon ABŞ dolları) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon ABŞ dolları) ikinci, metanol (9,6 milyon ABŞ dolları) üçüncü olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?