24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda növbəti INMerge İnnovasiya Sammiti keçiriləcək

Bakıda növbəti INMerge İnnovasiya Sammiti keçiriləcək

30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində regionun ən böyük innovasiya tədbirlərindən biri olan INMerge İnnovasiya Sammiti keçiriləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən sammitin artıq 4-cü ildir ki, əsas tərəfdaşıdır.
Sammit çərçivəsində 4SİM tərəfindən “İqtisadiyyatın yeni dövrü” (New Age of Economy) adlı xüsusi proqram təşkil ediləcək. Proqram çərçivəsində 6 müxtəlif sessiyanın keçirilməsi nəzərdə tutulur.

Aparılacaq müzakirələr beynəlxalq təcrübə mübadiləsinə, qabaqcıl texnologiyaların milli iqtisadiyyatda tətbiqinə, müəssisələrin texnoloji və yaşıl transformasiyasına, eləcə də insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

INMerge İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platformadır. Tədbirdə 200-dən çox beynəlxalq spikerin, 94 ölkədən daxil olmuş 1300-dən çox müraciət arasından seçilən 120 startapın və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması