SOCAR və “Wison Engineering Ltd” arasında əməkdaşlıq imkanları müzakirə edilib
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru Cou Honqlayanq ilə görüşüb.
Görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Söhbət zamanı tərəflər neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
