Türkiyədən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana 371,6 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında bu ölkədən gələnlərin sayı 49 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 6,7 faiz, cari ilin avqust ayına nisbətdə isə 15,3 faiz çoxdur.
