12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib, 2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır.

Bundan əlavə, 2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaqdır: mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial siğorta güzəşti, işçilərin əmək haqqına isə sıfır faizli gəlir vergisi. İri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcəkdir”.

Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini əlavə edib ki, vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?