“Azəri-Çıraq-Günəşli” üzrə hasilat və xərclərin göstəriciləri açıqlanıb
Cari ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat gündəlik orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.
bp şirkətindən verilən məlumata görə, ilk doqquz ayda ACG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hesabat dövründə “Çıraq” platformasından hasilat 18,8 min, “Mərkəzi Azəri”dən 84,6 min, “Qərbi Azəri”dən 72 min, “Şərqi Azəri”dən 45,7 min, “Dərinsulu Günəşli”dən 46,7 min, “Qərbi Çıraq”dan 25,3 min və “ACE”dən 26,9 min barel olub.
İlin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1,088 milyard dollar əsaslı məsrəflər xərclənib.
