4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ələt azad iqtisadi zonası ABŞ investorları üçün yeni imkanlar açır

Ələt azad iqtisadi zonası ABŞ investorları üçün yeni imkanlar açır

Azərbaycanın inkişaf etdirməyə başladığı və ya təşviq etməyi planlaşdırdığı emal sənayesi və sənaye istehsalı sahələrində də geniş imkanlar mövcuddur. Bu istiqamətdə Ələt Azad İqtisadi Zonası da mühüm rol oynaya bilər. “Abbott Capital Management” şirkətimiz ABŞ-dən olan potensial investorlarla digər şirkətlərin Ələt Azad İqtisadi Zonası ilə əlaqələrinin qurulmasına kömək etməkdə maraqlı olardı”.
Bunu Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Ekspert bildirib: “Hesab edirəm ki, mənim şirkətim kimi ABŞ-nin vençur kapitalı və özəl kapital fondları Azərbaycan startapları ilə əməkdaşlığı gücləndirə bilərlər. Bu prosesdə mənim kimi şəxslər və “Abbott Capital” kimi şirkətlər vasitəçi rolunu oynaya bilər. Biz Azərbaycanı geniş coğrafiyada strateji və investisiya maraqlarına malik inkişaf edən regional aktor kimi görürük. Söhbət Xəzər dənizi vasitəsilə Azərbaycandan Mərkəzi Asiyaya, digər istiqamətdə isə Ermənistan və Gürcüstan üzərindən Türkiyə və Avropaya, həmçinin cənub istiqamətində, xüsusilə Suriyanın da daxil olduğu Yaxın Şərq regionuna qədər uzanan coğrafiyadan gedir. Qeyd etdiyim Azərbaycan İnvestisiya Forumu kimi investisiya tədbirləri də investorlarla Azərbaycandakı tərəfdaşlar arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyət daşıyır”.

Metyu Brayza əlavə edib ki, Orta Dəhliz, eləcə də ABŞ-dən və digər ölkələrdən əldə olunan rəqəmsal texnologiyalar logistika axınlarını müşayiət edən sənədləşmə proseslərinin səmərəliliyini artırmaq üçün müxtəlif rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradır: “Bu həllərə elektron və ya rəqəmsal konosamentlər, eləcə də Azərbaycan ərazisinə və ölkə vasitəsilə daşınan mal və xidmətlərin daha maneəsiz hərəkətini təmin edə biləcək bir sıra digər sənədlər daxildir”.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması