6 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-lar üçün yeni fürsət: gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya AÇIQLAMA

Dövlət başçısının 16 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz malları ixrac edən mikro, kiçik və orta sahibkarlara yeni güzəşt tətbiq olunacaq. Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli məhsullar ixrac edən KOB subyektlərinin ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini dövlət kompensasiya edəcək. Mexanizm 2031-ci il sentyabrın 30-dək icra olunan ixrac əməliyyatlarına şamil ediləcək. Millət vəkili Vüqar Bayramov bu addımın KOB-ların fəaliyyətinə mümkün təsirlərini “vergiler.az”a şərh edib.  

KOB-ların gömrük yükü azalacaq

Yeniliyə əsasən, kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək. V.Bayramov qeyd edir ki, bu, ixracla məşğul olan sahibkarlar üçün yeni bir fürsətdir, çünki praktiki olaraq gömrük xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi onlara xərclərinə müəyyən qədər qənaət imkanı verəcək.

Kompensasiyalar rüblük ödəniləcək

Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq. Kompensasiya məbləği isə ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. Millət vəkili bildirib ki, yenilik yalnız Azərbaycan mənşəli qeyri-neft qaz məhsullarına tətbiq ediləcək və məhsulların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyənləşdiriləcək. O vurğulayıb ki, re-export (təkrar ixrac – red.) ilə məşğul olan sahibkarlar bu imkandan yararlana bilməyəcəklər.

KOB-ların yeni bazarlara çıxışı asanlaşır

Millət vəkilinin sözlərinə görə, yeniliyin əsas məqsədi kiçik və orta biznesin ixrac imkanlarını genişləndirmək, eyni zamanda ölkənin ümumi xarici ticarətində qeyri-neft-qaz sektorunun payını artırmaqdır. Bu gün KOB-ların ixrac potensialını gücləndirmək əsas prioritetlər sırasındadır. Məhz bu addım qeyri-neft-qaz ixracatının dayanıqlığını təmin edən vacib amillərdən biri hesab olunur. Çünki əsas hədəf bu sahədə uzunmüddətli və sabit artıma nail olmaqdan ibarətdir.

V.Bayramov deyib ki, bu yenilik mikro, kiçik və orta sahibkarların yeni xarici bazarlara çıxışını da asanlaşdıracaq. Qərar qeyri-neft-qaz sektoru üzrə ümumi ixrac həcmini artırmaqla bərabər, bu göstəricidə KOB-ların payının yüksəlməsinə də zəmin yaradacaq.

Faiq KƏRİMOĞLU

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?