9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elnur Əliyev: “Biz Azərbaycanda innovasiya üçün yeni platforma açırıq”

Bu gün biz sadəcə bir sənəd imzalamırıq. Biz Azərbaycanda ideyalar, liderlik və innovasiya üçün yeni platforma açırıq.

Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, Bakıda Liderlik və İnnovasiya üzrə “IE Hub”un yaradılması mühüm addımdır.

“Bu, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan “IE Universiteti” ilə birləşdirir və İspaniya ilə əməkdaşlığımıza yeni enerji gətirir. Bizim üçün bu layihə daha geniş məna daşıyır. Bu, insanlarla, istedadla bağlıdır. Bu, qlobal düşünə bilən, yaradıcı hərəkət edən və gələcəyin iqtisadiyyatını qura biləcək yeni lider nəslinin hazırlanması deməkdir. Bu gün Azərbaycan sabit, dinamik və ambisiyalı bir ölkədir. Biz infrastruktur, əlaqəlilik, sənaye zonaları, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlara investisiya yatırırıq. Coğrafi mövqeyimiz bizə strateji üstünlük verir. İqtisadi siyasətimiz bizə istiqamət verir. Lakin uzunmüddətli uğurun əsas hərəkətverici qüvvəsi insan kapitalıdır”, - deyə nazirin birinci müavini qeyd edib.

Elnur Əliyev vurğulayıb ki, yollar, limanlar, sənaye parkları və texnologiyalar vacibdir, amma bacarıqlı insanlar olmadan onlar sadəcə infrastruktur olaraq qalır: “Güclü insan kapitalı ilə isə onlar inkişafın mühərrikinə çevrilir. Məhz buna görə bu Hub sadəcə təhsil təşəbbüsü deyil. Bu, Azərbaycanın gələcəyinə yönəlmiş strateji investisiyadır. Bu, həmçinin dövlət, biznes və beynəlxalq tərəfdaşların necə birgə işləyə biləcəyinin yaxşı nümunəsidir. Xüsusilə “PAŞA Holdinq" və SOCAR-ın rolunu qeyd etmək istərdim. Onların iştirakı göstərir ki, özəl sektorumuz bir mühüm həqiqəti aydın şəkildə anlayır. insanlara qoyulan sərmayə ən vacib sərmayədir”.

AZƏRTAC

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?