9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri keçiriləcək

5-8 may tarixlərində Bakı Ekspo Mərkəzi kənd təsərrüfatı, qida sənayesi və hotel-restoran avadanlıqları sahəsində üç mühüm beynəlxalq sərgiyə ev sahibliyi edəcək. Bu ildən etibarən yenilənmiş “Caspian Agro Week” brendi altında təşkil edilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ilə yanaşı, 31-ci “InterFood Azerbaijan” və 14-cü “Horeca Caspian” sərgiləri baş tutacaq.

Təşkilatçı “Caspian Event Organisers” şirkətinin məlumatına əsasən, sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkət iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İtaliya, Niderland, Türkiyə, Çin və digər ölkələr təmsil olunur. Xüsusi maraq doğuran məqamlardan biri Braziliya və Afrika-Azərbaycan Əməkdaşlıq platformasının (AFAZ) bu il sərgiyə ilk dəfə qatılmasıdır.

Tədbir çərçivəsində bir sıra innovativ yeniliklər tətbiq olunur. “InterFood Azerbaijan” sərgisi ziyarətçilərin rahatlığı üçün vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşib. Həmçinin ilk dəfə tətbiq olunan “Hosted Buyer” (Alıcı Missiyası) proqramı çərçivəsində Rusiyanın iri hipermarket şəbəkələrinin nümayəndələri yerli istehsalçılarla birbaşa işgüzar əlaqələr quracaqlar.

Dörd gün davam edəcək zəngin proqrama Aqrar İnnovasiya Forumu, Aqronomların Beynəlxalq Forumu və 5-ci Aqrobiznesin İnkişafı Forumu daxildir. Ziyarətçilər “Smart Agro” bölməsində süni intellekt, robototexnika və pilotsuz uçuş aparatları ilə tanış ola, “Qızıl Şah 2026” kulinariya çempionatında isə 11 ölkədən olan aşpazların yarışını izləyə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının təşkilati dəstəyi ilə keçirilən bu sərgilər, Azərbaycanın aqrar potensialını nümayiş etdirməklə yanaşı, 51 bölgədən gələn 500-dən çox fermer üçün beynəlxalq təcrübə ilə tanış olmaq baxımından unikal platformadır.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?