9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkının rezidenti əmtəə nişanını Avropa İttifaqında rəsmi qeydiyyatdan keçirib

Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC öz əmtəə nişanını Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (European Union Intellectual Property Office – EUIPO) vasitəsilə rəsmi olaraq qeydiyyatdan keçirib.

Qeydiyyat Avropa İttifaqının bütün ərazisində qüvvədə olmaqla şirkətin brenddən istifadə üzrə müstəsna hüquqlarını təsdiqləyir. Bu, eyni zamanda “BAFCO” brendinin Avropa bazarında hüquqi qorunmasını təmin edir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və şirkətin beynəlxalq tenderlərdə iştirakını asanlaşdırır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC-nin fabriki 2024-cü ildə fəaliyyətə başlayıb. Müəssisə beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən xüsusi təyinatlı işçi ayaqqabıların istehsalı üzrə ixtisaslaşıb.

İZİA-nın idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti yaradılıb. Rezidentlər yüksək səviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər tətbiq edilir.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?