9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”a dəyişikliklər təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na dəyişiklik edilib.

Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini, onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini, kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini, habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləri ehtiva edir.

Kapital tələblərinin hesablanmasında yeni yanaşma investisiya şirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiya xidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraq onların fəaliyyətinin daha mütənasib tənzimlənməsinə şərait yaradacaq.

İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər və leverec əmsalının minimum həddinin müəyyən olunması kapital bazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçıların dayanıqlı inkişafına xidmət edir.

İnvestisiya şirkətlərinin yeni requlyativ mühitə uyğunlaşması üçün 6 ay müddət müəyyən edilib. Bu müddət ərzində hər bir investisiya şirkəti öz kateqoriyasını müəyyən etməli, bununla bağlı Mərkəzi Banka məlumat verməli və fəaliyyətini yeni Qaydaya uyğunlaşdırmalıdır.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?