9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya Federasiyasının Altay diyarından olan iş adamları Sumqayıt Sənaye Parkında olublar

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında Rusiya Federasiyasının Altay diyarının “İnşaatçılar İttifaqı”nı təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə İZİA-nın İdarə Heyətinin sədr müavini Aqil Əzizov ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft-qaz sektorununun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində görülən işlər, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən güzəşt və azadolmalar, infrastruktur təminatı qeyd edilib.

Həmçinin tərəflər arasında tikinti sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi məsələləri ətrafında müzakirələr aparılıb, Altay diyarından olan iş adamları Sumqayıt Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkının rezidentləri “Sika” MMC və “AzərFloat” QSC-nin fəaliyyəti ilə tanış olublar.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?