9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR və "BGP Inc." arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "BGP Inc." şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə görüşüb.

Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşan əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və "BGP Inc." tərəfindən birgə təsis olunan “Caspian Geo” şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb.

Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?