9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Cənubi Koreya rəqəmsal kadastr sistemləri üzrə əməkdaşlığı genişləndirir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyası, o cümlədən Koreya Daşınmaz Əmlak Şurası və “Wavus” şirkətində kadastr və daşınmaz əmlakın qeydiyyatı, geodeziya və milli məkan məlumatları sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib.

Dövlət Xidmətinin məlumatına görə, nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də tətbiq olunan yeniliklər və həyata keçirilən uzunmüddətli strateji dövlət proqramları ilə tanış olub. Koreyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qiymətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri barədə təqdimatlar edilib.

Dövlət Xidmətinin əməkdaşları ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?