15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin birinci müavini İspaniyada bir sıra görüşlər keçirib

İspaniyaya işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bir sıra şirkət və maliyyə institutlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə İspaniya ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya əməkdaşlığının təşviqi, ixracın maliyyələşdirilməsi imkanları və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

İspaniyanın İxrac Kredit Agentliyinin (CESCE) icraçı direktoru Pablo de Ramon-Lasa Klausen ilə görüşdə ixrac kreditləri, sığorta mexanizmləri, Azərbaycan biznes subyektlərinin İspaniya avadanlıqlarının idxalı üçün maliyyə resurslarına çıxış imkanları və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər sahibkarların beynəlxalq maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

“Grupo Azvi” şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Kontreras Karo ilə görüşdə Azərbaycanın tranzit-logistika potensialı, ölkədə həyata keçirilən iri infrastruktur layihələri və bu istiqamətdə xarici tərəfdaşlarla əməkdaşlığın perspektivləri barədə məlumat verilib. Nəqliyyat, infrastruktur və mühəndislik sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Fomento al Desarrollo del Comercio Internacional SL” şirkətinin baş direktoru Juan Sebastian Garrigues Diaz-Llanos ilə görüşdə isə ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, özəl sektorlar arasında tərəfdaşlığın genişləndirilməsi və yeni biznes təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?